Avropada axmaq şou
Bu şounun axırı sivilizasiyalararası qan tökülməsinə gedir
Axmaq şou İsveçdən Niderlanda keçdi. Radikal formada kimyəvi reaksiya kimi qan tuluğu yaratmaq istəyirlər, amma soruşsan, deyəcəklər ki, demokratik cəmiyyətlərdir, normal haldır.
Siyasi İslam şərqin mövzusudur. Çox sadə bir sual var: İsveç və Hollandiya kimi ölkələri İslam mövzusu niyə narahat etsin ki? Əhalisi müsəlmandır? - Yox.
Gəlmə müsəlmanlar orda ağır basır? - Yox. Əksinə inteqrasiya olurlar. Bir-iki nəsilə orda əriyirlər. Amma belə radikal hərəkətlər edəndə onların sönmüş oduna belə, benzin tökürlər.
Gedib Afrikada 2 artezian quyusu qazmaq əvəzinə, min bir axmaqlıqlar edirlər.
Sabah inanclı müsəlmanların çox olduğu Fransada, Almaniyada belə hallar baş versə, təəccüblənməyin. Bu şounun axırı sivilizasiyalararası qan tökülməsinə gedir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”