Azərbaycan və İran XİN başçıları görüşüb
Görüşdə regional məsələlər müzakirə edilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında görüş olub. “Avronews” xəbər verir ki, görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
Ceyhun Bayramov Hüseyn Əmir-Abdullahian ilə regional və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.