Türkiyədəki zəlzələnin səbəbinə dair diqqətçəkən versiya

Türkiyədəki zəlzələnin səbəbinə dair diqqətçəkən versiya

Bu cür dəyişikliklər mütləq dağıdıcı zəlzələlərə səbəb ola bilər

Türkiyə və Suriyada dağıdıcı seysmik aktivliyə Yerin nüvəsinin sürətinin dəyişməsi səbəb olur. Fevralın 6-da maqnitudası 7,8 bal olan dağıdıcı zəlzələ olub. Ən güclü seysmik aktivlik 9,5 bal gücündə olub. Minlərlə insan həyatını itirib və afterşoklar təxminən bir il yarım davam edə bilər.

Belə güclü təkanların səbəbi yerin nüvəsinin fırlanma sürətinin ləngiməsi ola bilər. Planetin mərkəzinin və onun mantiyasının istənilən fəaliyyəti planetə güclü təsir göstərə bilər. Bu yaxınlarda çinli alimlər Yerin nüvəsinin fırlanma sürətinin ləngidiyini, bəlkə də onun hətta əks istiqamətdə hərəkət etməyə başlayacağını açıqlayıblar.

Bu cür dəyişikliklər mütləq dağıdıcı zəlzələlərə səbəb ola bilər. Həmçinin, Yer ürəyinin davranışının dəyişkənliyi yeni seysmik aktiv zonaların yaranmasına səbəb ola bilər. Bunu hələ də proqnozlaşdırmaq mümkün deyil, çünki araşdırmalar yer qabığının dərinliklərində baş verənləri görə bilmir.

Ancaq təxmini tarixi və yeri proqnozlaşdırmaq cəhdləri hələ də mümkündür. Lakin müasir riyazi modellər planetin nüvəsinin hərəkətinin dəyişməsini nəzərə almırdı. Bunu seysmoloq, fizika-riyaziyyat elmləri namizədi Anna Lyusina deyib.

(cheb.mk)