Əliyevdən iki mühüm mesaj

Əliyevdən iki mühüm mesaj

Prezident adekvat tədbirlər görüləcəyinin anonsunu verdi

İlham Əliyev Astanada, Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi:

  1. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, anti-terror əməliyyatı keçiriləcək;
  2. Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq.

Əliyevin “Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir” sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə, adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir.

Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb.

Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)

Mənbə: “Facebook”