Putindən ağır təhdid: “Bu, blef deyil”

Putindən ağır təhdid: “Bu, blef deyil”

“Bizi şantaj etməyə çalışanlar bilsinlər ki...”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı düşmənçilik edən dövlətləri nüvə silahı ilə təhdid edib. “Avronews” xəbər verir ki, o, bu barədə bu gün səhər xalqa müraciətində açıqlama verib.

Putin bəyan edib ki, ölkəsinin ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskva əlində olan bütün mümkün vasitələrdən istifadə edəcək: “Bu, blef deyil”.

“Xatırladım ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var. Hətta bəzi komponentlərdə onlar NATO-dan daha müasirdir”, - deyə Rusiya lideri söyləyib.

“Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”, - deyə Putin vurğulayıb.