Laçın yolundan rusların 27 avtomobili keçib
Etirazçılar avtomobillərin sərbəst hərəkəti üçün şərait yaradıblar
Azərbaycanlı eko-fəallar tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə dinc etiraz aksiyası davam edir.
Aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər də sərbəst keçməkdədir.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, bu gün ərazidən RSK-ya məxsus 27 avtomobil keçib. Etirazçılar avtomobillərin sərbəst hərəkəti üçün şərait yaradıblar.