İki Azərbaycan hərbçisi Laçında minaya düşüb – Araşdırma aparılır
Hərbçilərimiz müxtəlif dərəcəli bədən xəsarətləri alıblar
Azərbaycan Ordusunun iki hərbçisi Laçında minaya düşərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Avronews” bu barədə Qubadlı Hərbi Prokurorluğunun rəsmi açıqlamasına istinadən xəbər verir.
Məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır: “Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”.