RSK və BQXK-ya məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçib

RSK və BQXK-ya məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçib

Aksiya iştirakçıları avtomobillərin maneəsiz keçidini təmin ediblər

Azərbaycanlı eko-fəalların dinc etiraz aksiyası keçirdikləri Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus növbəti avtomobil karvanı keçib. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

8 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib. Etirazçılar yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıblar.

Qeyd edək ki, bu gün səhər saatlarından Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 minin maşını da ərazidən keçib.