NATO-nun diqqəti Cənubi Qafqazda
Alyansa üzv ölkələrin müdafiə nazirləri regional vəziyyəti müzakirə edəcəklər
“Biz bilirik ki, Moldova nə qədər Rusiyanın təzyiqi altındadır. Moldova bu il Avropa Siyasi Cəmiyyətinin ikinci iclasına ev sahibliyi edəcək”.
“Avronews” xəbər verir ki, bu açıqlamanı Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell verib.
“Bu, hər gün güclənən Rusiya təzyiqi qarşısında bizim Moldova ilə həmrəyliyimizin yaxşı nümunəsi olacaq”, - deyə o bildirib.
Borrell NATO müdafiə nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Cənubi Qafqazdakı, o cümlədən Gürcüstandakı vəziyyətin də müzakirə ediləcəyini vurğulayıb.