Türkiyə matəmdə: həlak olanların sayı artır
İndiyədək 32 min nəfərədək insan xəsarət alıb
Fevralın 6-da Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin və yaralananların sayı artır. “Avronews” Türkiyə mediasına istinadən xəbər verir ki, həlak olanların sayı 5500 nəfərə yaxınlaşır.
Xəsarət alanların sayı 32 min nəfərə yaxındır. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın əmri ilə ölkədə 7 günlük matəm elan olunub.