Çavuşoğlu: “İlk yardıma gələn can Azərbaycan oldu”
Türkiyə XİN başçısı: “Onlar ilk saatlardan hazırlıqlara başlamışdılar”
“Hər zaman olduğu kimi Türkiyəyə ilk yardıma gələn ölkə can Azərbaycan oldu. Prezident İlham Əliyevin göndərdiyi xilasedicilər oldu”.
“Avronews” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu açıqlama verib.
“Zəlzələnin ilk saatlardan Azərbaycan xarici işlər naziri Ceyhun qardaşım da Prezident İlham Əliyevin təlimatı ilə bizə zəng etdi. Onlar ilk saatlardan hazırlıqlara başlamışdılar. Bakı vaxtı ilə 12:00-da artıq yardım və xilasedicilər yola çıxmışdı. Hamısını candan təşəkkür edirik”, - deyə Çavuşoğlu bildirib.