Avropadan Ermənistana 100 nəfərlik missiya göndərilir
“Aİ gələn həftə 100 nəfərlik missiya göndərəcək”
Avropa İttifaqı (Aİ) növbəti həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək.
“Avronews” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də məlumat paylaşıb.
"Aİ Ermənistanın sadiq tərəfdaşıdır. Növbəti həftə Aİ sülh və stabilliyə töhfə vermək üçün 100 nəfərlik missiya göndərəcək", - deyə o bildirib.