Səfirliyə hücum zamanı yaralananların son vəziyyəti açıqlanıb

Səfirliyə hücum zamanı yaralananların son vəziyyəti açıqlanıb

XİN: Yaralıların vəziyyəti yaxşıdır, durumları stabildir

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanmış hər iki əməkdaş həkim nəzarəti altındadır. Yaralıların vəziyyəti yaxşıdır, durumları stabildir”.

“Avronews” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunular.