Azərbaycanda yüksək vəzifəli şəxs saxlanılıb
DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. “Avronews” xəbər verir ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb. Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.
Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini olmuş Rafiq Bayramov saxlanılmışdı.