“Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq”

“Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq”

Azərbaycan XİN: “Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir

“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir”.

“Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlama verib.

“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - deyə o bildirib.