Xankəndidən Laçına daha 8 maşın keçib

Xankəndidən Laçına daha 8 maşın keçib

Sülhməramlıların nəqliyyat vasitələrinə maneə yaradılmayıb

Azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri tərəfindən Laçın-Xankəndi yolunda keçirilən donc etiraz aksiyası davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, bu gün sülhməramlılara məxsus daha 2 minik və 6 təminat maşını Xankəndidən Laçına maneəsiz keçib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.