Soyqırımı propoqandası
Heç bir genosid qəfildən baş vermir, illərlə insanların beyinləri yuyulur
Hazırda Haaqada tarixi məhkəmə prosesi keçirilir. Çoxu bilmir, amma dünya tarixində ən dəhşətli soyqırımı 1994-cü ildə Ruandada olub... 2 ay ərzində 1 milyon insan qətlə yetirilib! Yani ölkə əhalisinin 20%-i!
Yüz minlərlə insanlar işgəncəyə, zorakılığa məruz qalıb. Öldürülənlər tutsi tayfasına aid idi.
Əslində, heç bir genosid qəfildən baş vermir. İllərlə insan haqları pozulur, insanların beyinləri yuyulur.
Ruanda soyqırımını törədən yerli "Min təpə Radiosu" adlı radio kanalı olub. Həmin radio kanalı hər gün tutsiləri necə öldürmək və zorlamaq, daxili orqanlarını necə kəsmək barəsində dayanmadan danışırdı: "Tarakan elə tarakandır, onu öldürmək lazımdır".
Dəhşətlisi bilirsiniz nədir? Tutsi və xutu arasında din, dil fərqi yoxdur. Heç ərazi münaqişəsi də olmayıb.
2 aya 1 milyon insan öldürüldü! Və dünya buna qarşı heç bir addım atmadı. BMT 2000 nəfərlik ordu göndərdi - yalnız öz əməkdaşlarını evakuasiya etmək üçün.
Həmin radionun sahibi uzun illərdir ədalətdən qaçıb gizlənmişdi. O, üç il əvvəl nəhayət Fransada həbs edilib, Haaqaya gətirilib.
Propaqanda çox dəhşətli alətdir. Ruslar da eynisini edirlər Ukraynaya qarşı.... Rus kanalları, rus mediası gecə-gündüz insanların başını yuyub müharibəyə yola salır.
Putin gec-tez Haaqa tribunalına aparılacaq, buna inanıram, daha doğrusu, inanmaq istəyirəm. Amma Simonyan, Solovyov, Skabeyeva, Kandelaki üçün də ayrıca məhkəmə olmalıdır!
Müəllif: Nigar Köçərli (“Əli və Nino” kitab evinin rəhbəri)
Mənbə: “Facebook”