“Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır” - Deputat

“Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır” -

Vahid Əhmədov: Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır

“Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir. Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistandan Qarabağa silah və sursat daşınmasın”.

“Avronews” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O xatırladıb ki, Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var: “Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır”.