Müəllimlərin əmək haqqı artımı kimlərə şamil olacaq?

Müəllimlərin əmək haqqı artımı kimlərə şamil olacaq?

Maaş artımları cari il fevralın 1-dən hesablanacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

Bu kateqoriya işçilərin əmək haqlarında artım olacaq:

- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrin direktor və direktor müavinləri;

- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

Qeyd edək ki, müəllimlərin əmək haqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq.

Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)

Mənbə: "Facebook"