TƏBİB: “Yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil”
“Ölkə üzrə koronavirusa yoluxma sayında ciddi yüksəlmələr müşahidə olunmur” - Qarayeva
Azərbaycanda koronavirusla (COVID-19) əlaqədar vəziyyət hazırda tam stabildir. “Avronews” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.
Yoluxma saylarında ciddi yüksəlmələr müşahidə olunmadığını qeyd edən TƏBİB rəsmisi bəzən ölüm sayının çox olmasına da aydınlıq gətirib: “Ölüm sayları ilə bağlı onu deyə bilərəm ki, bugünkü yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil. Bütün vəfat halları araşdırılır. Amma bu, ölən şəxsin həmin gün yoluxan insan olduğu demək deyil. Bəzi xəstələrimiz uzun müddət xəstəlikdən əziyyət çəkir, hansısa xroniki xəstəliyi olan şəxslər olur”.