“Ermənistan itkin düşənlərlə bağlı məlumat verməkdən yayınır” – Baş prokuror
Kamran Əliyev: “Aşkarlanan kKütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”
“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər. Mən ermənistanlı həmkarımla görüşdə dəfələrlə bu məsələni qaldırmışam. Amma təəssüflər olsun ki, onlar bundan yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar”.
“Avronews” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində açıqlama verib.
“Lakin biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyənləşdirilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”, - deyə Baş prokuror bildirib.