Bakıda Türkiyənin zəlzələ qurbanları üçün cənazə namazları qılınıb
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da mərasimdə iştirak edib
Azərbaycanın məscidlərində Türkiyədə zəlzələ həlak olanlar üçün cənazə namazı qılınıb, ruhlarına dualar oxunub. “Avronews” xəbər verir ki, namazda yüzlərlə insan iştirak edib.
Əjdərbəy məscidində qılınan namazda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.