Azərbaycan hərbçisi qətlə yetirilib

Azərbaycan hərbçisi qətlə yetirilib

Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan Ordusunun hərbçisi qətlə yetirilib. “Avronews” Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.