İndiyədək ölkədə koronavirusa 793732 nəfər yoluxub
Son sutkada 37 yoluxma faktı qeydə alınıb, dünyasını dəyişən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb. “Avronews” Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatına istinadn xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 369 nəfərdir.
Ölkədə son sutka ərzində 2 018, hazırkı dövrədək isə 6 986 078 test aparılıb.