Perm şəhəri bu soydaşımızdan danışır: “Səssiz qala bilməzdim”

Perm şəhəri bu soydaşımızdan danışır:

Azərbaycanlı Sahib döyülmüş Perm sakininə niyə yardım etdi?

Dağlıq Qarabağ münaqişəsində iştirak edən azərbaycanlı Sahib Bəydəmirov Rusiyanın Perm şəhərində döyülmüş şəxsə kömək edib. Yerli mətbuatın yazdığına görə, hər kəs döyülmüş adamın yanından keçdiyi halda, həmyerlimiz ona köməklik göstərib.

Sahib hadisə barədə “ura.ru” nəşrinə bunları deyib: “Mən dostumla birlikdəydim, avtomobil idarə edirdim. Bu zaman avtobus dayanacağında skamyada oturan bir adamın başından qan axdığını gördük. Hamı yanından keçir, heç kim ona əhəmiyyət vermirdi. O zaman mən ona ilkin tibbi yardım göstərmək qərarına gəldim”.

Gənc soydaşımız sarğı bağlayarkən zərərçəkmiş ona döyülməsi barədə danışıb.

Bəydəmirovun sözlərinə görə, ona ilkin tibbi yardım göstərməyi orduda öyrədiblər. Sonra isə Dağlıq Qarabağda hərbi münaqişə zamanı gənc oğlan öz biliyini praktiki olaraq mükəmməlləşdirib.

Həmyerlimiz etiraf edib ki, köməyə ehtiyacı olan adamın yanından sadəcə ötüb keçə bilməyib.

(ura.ru)