Bakıda vulkan püskürüb
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında vulkan püskürüb. “Avronews” bu barədə Geologiya və Geofizika İnstitutunun açıqlamasına istinadən xəbər verir.
“Bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, 11.08.2022-ci ildə yerli vaxtla 09:36-da da palçıq vulkanı püskürüb. Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub. Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan, Qusar stansiyalarında qeydə alınıb.