Vasif Talıbov istefa verdi
O, bu gün istefa qərarını açıqlayıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. “Avronews” xəbər verir ki, o, bu gün Ali Məclisin iclasında istefa qərarını açıqlayıb.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.