Daha 384 ha ərazi minalardan təmizlənib

Daha 384 ha ərazi minalardan təmizlənib

ANAMA 14 ədəd tank əleyhinə mina aşkarlayıb

Fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

“Avronews” bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan tarixlərdə 384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.