Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ səfəri davam edir

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ABŞ səfəri davam edir

Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aviasiya bazasını ziyarət edib

Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyindən mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.