Azərbaycan sərhədini pozan əfqanlar saxlanılıb
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir
Fevralın 2-si saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
“Avronews” bu barədə DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları, 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.