Bakıda göz gözü görmür: niyə?
“Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir”
Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. “Avronews” bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın açıqlamasına istinadən xəbər verir.
Onun sözlərinə görə, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir: “Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.
“Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir”, - deyə Məmmədova bildirib.