ANAMA-dan son açıqlama: 4 mina və 52 partlamamış hərbi sursat
Azad edilən ərazilərdə daha 117 hektar ərazi minalardan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 321 hektar ərazini minadan təmizləyib. “Avronews” bu barədə ANAMA-nın rəsmi məlumatına istinadən xəbər verir.
Məlumata görə, noyabrın 28-dən dekabrın 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.