Müdafiə Nazirliyi: erməni tərəfinin yaydığı məlumat yalandır
“Tərəfimizdən atəş açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir”
Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində, guya, atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır
“Avronews” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu məlumatın heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə deyə Nazirlik bəyan edir.