Azərbaycanda 22 dərəcəyədək şaxta gözlənilir

Azərbaycanda 22 dərəcəyədək şaxta gözlənilir

Bəzi yerlərdə arabir yağıntılı olacaq, qar yağacaq

Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.