ANAMA: Daha 382 ha ərazi minalardan təmizlənib

ANAMA: Daha 382 ha ərazi minalardan təmizlənib

Azad olunmuş bölgələrdə 7 tank əleyhinə mina və 168 PHS aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

“Avronews” xəbər verir ki, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 382 hektar ərazi mina və PHS-lərdən təmizlənib.