Heç bir Azərbaycan evinə hücum olmayıb, Paris xaric…
Fuad Muradov: “Hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldular”
Paris istisna olmaqla, bu günə qədər diasporumuzun nəzdində olan heç bir Azərbaycan evinə hücum olmayıb. “Avronews” xəbər verir ki, bu açıqlamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səsləndirib.
Bildirib ki, Parisdə baş verən hücum zamanı polisin vaxtında müdaxiləsi nəticəsində vəziyyət stabilləşdi: “Hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldular. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan diasporu ayaqdadır. 50-dən çox bəyanat vermişik və bunların bir çoxuna rəsmi münasibətlər gəlib”.
“Latın Amerikası, bəzi ərəb ölkələrində bizim diasporumuz fəaliyyət göstərmir. Lakin buna baxmayaraq, bizim diasporumuz baş verən hadisələrlə bağlı bu ölkələrdəki rəsmilərə geniş məlumatlar verir. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan daha çox effektlidir”, - deyə Muradov vurğulayıb.