Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək

Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, cənub küləyi əsəcək. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına istinadən xəbər verir ki, havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.