İşğaldan azad edilmiş 250 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş 250 hektar ərazi minalardan təmizlənib

Fevralın 6-dan 11-dək daha 42 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

“Avronews” həmin məlumata istinadən xəbər verir ki, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilanda 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.