Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək

Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Rayonlarda hava, əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.