Azərbaycan və Litva Baş prokurorluqları arasında anlaşma
Kamran Əliyev ilə Nida Qrunskiene arasında görüş olub
Azərbaycan və Litva baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. “Avronews” bu barədə Azərbaycan Respiblikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.
Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva Baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.