Azərbaycanda işsizliyin səviyyəsi azalıb
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5,4 milyon nəfərə yaxın olub
2023-cü ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub. “Avronews” bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.
“Hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib”, - deyə DSK bildirir.