Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.