Türkiyədən Azərbaycana təşəkkür
Akar: “Bu, “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsidir”
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında Azərbaycan xalqına təşəkkür edib. “Avronews” xəbər verir ki, bəyanatda deyilir:
“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə - red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə yardımı ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”.