Azərbaycan hərbçisi vəfat edib

Azərbaycan hərbçisi vəfat edib

Müdafiə Nazirliyi mərhumun ailəsinə başsağlığı verir

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu vəfat edib. “Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərbçi məzuniyyətdə olarkən, noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.