Xocavənddə silah-sursat aşkarlanıb
Partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
“Avronews” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.