Müdafiə Nazirliyi düşmən iddialarını təkzib edir
“Əsgərlərimiz bir-birilərinə və düşmən tərəfə atəş açmayıblar”
Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb. “Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nazirlik bəyan edir ki, Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır: “Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”.