Növbəti günün hava proqnozu

Növbəti günün hava proqnozu

Hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.