Dəyişkən buludlu hava şəraiti gözlənilir

Dəyişkən buludlu hava şəraiti gözlənilir

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.