DSX açıqladı: özünü güllələyən əsgər vəfat edib
Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb
Dövlət Sərhəd Xidməti (DSX) bir neçə gün əvvəl özünü güllələyən hərbi qulluqçu ilə bağlı məlumat yayıb. “Avronews” bu barədə DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən DSX Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.
“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.