Küləkli-yağmursuz hava şəraiti proqnozlaşdırılır

Küləkli-yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabaha gözlənilən hava şəraiti ilə bağlı açıqlama

Sentyabrın 3-nə Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.